Sabiq baş nazir həbs oluna bilər


Türkiyənin keçmiş Baş naziri, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu barəsində “Prezidentə təhqir” maddəsi üzrə rəsmi təhqiqata başlanılıb.

Turkustan.az xəbər verir ki, Ankara Cümhuriyyət Başprokurorluğu tərəfindən aparılan monitorinqlər və daxil olan müraciətlər əsasında siyasətçinin son çıxışları və sosial şəbəkə paylaşımları hüquqi müstəvidə nəzərdən keçirilib. Araşdırmalar zamanı onun işlətdiyi bəzi ifadələrdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına təhqiramiz məqamların yer aldığı bildirilir. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən istintaq hərəkətlərinə start verilib və toplanmış materiallar yekun qiymətləndirmə üçün aidiyyəti orqanlara təqdim olunacaq.

Əhməd Davudoğlunun tərəfdarları və hüquq müdafiəçiləri isə səsləndirilən fikirlərin siyasi tənqid çərçivəsində olduğunu iddia edirlər. Türkiyə gündəmində geniş əks-səda doğuran məsələ ilə bağlı istintaq davam edir. /yenisabah


MANŞET XƏBƏRLƏRİ