Türkiyə Netanyahu haqqında qırmızı bülleten tələb etdi


Türkiyə İsrail Baş naziri Benyamin Netanyahu haqqında qırmızı bülleten tələb edib.

Turkustan.az xəbər verir ki, bu abrədə Türkiyənin ədliyyə naziri Akın Gürlek məlumat verib.

“Qəzzaya humanitar yardım çatdırmaq üçün yola çıxan Qlobal Sumud Donanmasının fəallarına qarşı beynəlxalq sularda hücumla bağlı hüquqi proses qətiyyətlə davam edir. İstanbul 11-ci Ağır Cinayət Məhkəməsi 2026/108 nömrəli iş üzrə Benyamin Netanyahu və Afek Moskoviç də daxil olmaqla 35 təqsirləndirilən şəxsi mühakimə edir.

Bu sənəd çərçivəsində 14 iyul 2026-cı ildə Benyamin Netanyahu və Afek Moskoviçin "Soyqırım" cinayətinə görə həbs qərarlarına uyğun olaraq, Ədliyyə Nazirliyi Daxili İşlər Nazirliyindən onların beynəlxalq həbsi üçün qırmızı bülleten verilməsini tələb edib və müvafiq sənədlər Xarici İşlər Nazirliyimizə göndərilib”, - nazir bildirib./axar.az


MANŞET XƏBƏRLƏRİ