Türkiyə Netanyahunun həbsi üçün İnterpola müraciət etdi


Türkiyə İsrailin Baş naziri Benyamin Netanyahu və Afek Moskoviç barəsində İnterpol vasitəsilə qırmızı bülleten verilməsi üçün müraciət edib.

Turkustan.az xəbər verir ki,Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib ki, Qəzzaya humanitar yardım aparan Qlobal Donanma fəallarına beynəlxalq sularda hücumla bağlı məhkəmə prosesi davam edir.

Gürlek sosial media hesabında yazıb ki, İstanbul 11-ci Ağır Cinayət Məhkəməsində 2026/108 saylı iş üzrə Netanyahu və Afek Moskoviç də daxil olmaqla 35 təqsirləndirilən şəxsin işi araşdırılır.

Nazirin sözlərinə görə, məhkəmənin 14 iyul 2026-cı il tarixli qərarı əsasında Netanyahu və Moskoviç barəsində “soyqırım” ittihamı ilə həbs qərarı çıxarılıb. Bunun ardınca Türkiyə Ədliyyə Nazirliyi onların beynəlxalq axtarışa verilməsi və barələrində İnterpol vasitəsilə qırmızı bülleten çıxarılması üçün Daxili İşlər Nazirliyinə müraciət edib.

Gürlek bildirib ki, bununla bağlı sənədlər Xarici İşlər Nazirliyinə də göndərilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ