Türkiyədə “Terrorsuz Türkiyə” prosesi çərçivəsində Parlamentdə Çərçivə Qanununun qəbul edilməsindən sonra siyasi müzakirələr yenidən gündəmə gəlib.
Turkustan.az xəbər verir ki, bu proses fonunda PKK lideri Abdullah Öcalanın Yeni partiya liderinin sədri Özgür Özələ mesaj göndərdiyi bildirilib.
Məlumata görə, avqustun 2-də DEM Partiyası nümayəndə heyətinin İmralı həbsxanasına səfəri zamanı aparılan görüşdən əldə olunan qeydlərdə Öcalanın Özələ xüsusi müraciəti yer alıb.
İddialara görə, Öcalan Özələ salam göndərərək “Hüquq və demokratiya kanalının açılmasının hər kəs, xüsusilə də sizin üçün son şans olduğunu deməlisiniz. Demokratiyaya gedən yol Silivridən deyil, İmralıdan keçir” deyib.
Özgür Özəl isə bu fikrə cavab olaraq demokratiyaya gedən yolun həbsxanalardan deyil, Türkiyə Böyük Millət Məclisindən keçdiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az