Ukraynada daha 2 azərbaycanlı həlak oldu - FOTO


Rusiya-Ukrayna müharibəsində Rusiya ordusunun tərkibində döyüşən daha iki azərbaycanlı həlak olub.

Turkustan.az xəbər verir ki, müharibədə həyatını itirənlər 1982-ci il təvəllüdlü Rüstəm Vəlincan oğlu Asadov və 1970-ci il təvəllüdlü Azim Şamil oğlu Asadovdur.

Məlumata görə, Rüstəm Asadov 20 may 1982-ci ildə Tambov vilayətinin Sosnovka kəndində, Azim Asadov isə 13 noyabr 1970-ci ildə Xantı-Mansi Muxtar Dairəsinin Pıt-Yax şəhərində yaşayıb.

Hər iki soydaşımız Rusiyada yaşayıb və Rusiya Silahlı Qüvvələrində müqaviləli hərbi xidmət keçib. Onların hər ikisinin Donetsk vilayəti istiqamətində gedən döyüşlərdə həlak olduğu bildirilir./modern.az

Ukraynada daha 2 azərbaycanlı həlak oldu


MANŞET XƏBƏRLƏRİ