SENSASİYA: Ukrayna xüsusi təyinatlılarının komandiri Rusiya agenti çıxdı – TERROR HAZIRLAYIRMIŞ!


Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Odessa vilayətində Milli Qvardiyanın xüsusi təyinatlı bölməsinin karyera zabitini saxlayıb.

Turkustan.az xəbər verir ki, istintaqın məlumatına görə, həmin şəxs uzun müddət döyüş yoldaşlarının fəaliyyəti ilə bağlı məxfi məlumatları Rusiyaya ötürüb və Kremlin sifarişi ilə terror aktı hazırlayıb.

Saxlanılan şəxsin Ukrayna Milli Qvardiyasının xüsusi təyinatlı qrupunun komandiri olduğu bildirilir. Hərbi əks-kəşfiyyat və UTX-nin müstəntiqləri onu Odessadakı yaşayış yerində saxlayıblar.

İş üzrə materiallara əsasən, komandir öz bölməsinin döyüş fəaliyyəti ilə bağlı xidməti məlumatları – həm cəbhədə, həm də düşmənin arxa cəbhəsində həyata keçirilən əməliyyatlar barədə informasiyanı Rusiya tərəfinə ötürüb.

Bu məqsədlə o, Rusiya xüsusi xidmət orqanlarına idarənin internet platformasındakı şəxsi hesabına daxil olmaq üçün lazım olan məlumatları təqdim edib. Nəticədə Rusiya nümayəndələri Milli Qvardiyanın qapalı informasiya sisteminə giriş əldə ediblər.

UTX agentin kəşfiyyat fəaliyyətinin ilkin mərhələsindən etibarən onun hər addımını izləyib.

İstintaq müəyyən edib ki, Rusiya tərəfinin sifarişi ilə şübhəli şəxs liman şəhərində hərbi avtomobili yandırıb. O, avtomobilin alışması anını telefon kamerası ilə qeydə alıb.

Məlumatlara görə, zabit daha sonra kustar üsulla partlayıcı qurğu hazırlamalı və onu Ukraynanın cənubunda terror aktı törətməsi üçün “kuryerə” verməli imiş.

Axtarışlar zamanı saxlanılan şəxsdən Rusiya hərbi kəşfiyyatı ilə əməkdaşlığını təsdiqləyən sübutların olduğu smartfon, noutbuk və digər informasiya daşıyıcıları götürülüb.

Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib və onun girov müqabilində azadlığa buraxılmasına icazə verilməyib. Ona əmlakı müsadirə olunmaqla ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilər./Musavat.com


MANŞET XƏBƏRLƏRİ