Green Card udan azərbaycanlı məşhurlar - kimlər ABŞ-yə köçüb?


ABŞ-də yaşamaq və işləmək hüququ verən Green Card lotereyası hər il dünyanın müxtəlif ölkələrindən milyonlarla insanın maraq göstərdiyi proqramlardan biridir. Azərbaycanlılar arasında da bu lotereyanın qalibləri az deyil. Hətta illər ərzində tanınmış sənət və media nümayəndələri arasında da Green Card qazananlar olub.

Xatırladaq ki, belə şəxslərdən hələlik sonuncu sayılan Yeni Klinikanın İqtisadi məsələlər üzrə sabiq direktor Ravil Tağıyevdir. O, mətbuata açıqlamasında hələ ötən ilin may ayında “Green Card” proqramının qalibi olduğundan, bu ilin iyul ayında öz istəyi ilə vəzifəsindən ayrılması ilə əlaqədar ərizə yazdığını bildirib.

Qeyd edək ki,Green Card qazanan azərbaycanlılardan xəbər verir ki, onlardan bəziləri ABŞ-yə köçərək həyatını orada davam etdirib, bəziləri isə bu imkandan imtina edib.

Elariz Məmmədoğlu

Green Card qazanan məşhur azərbaycanlılar sırasında müğənni Elariz Məmmədoğlunun da var. 2017-ci ildə onun Green Card lotereyasının qalibi olduğu açıqlanmışdı. Həmin vaxt yayılan məlumata görə, sənədləşmə prosesinə də başlanılmışdı. Sonradan yaşamaq üçün ABŞ-yə yollandı.

Elmir Məhərrəmov

“Dəyirman” qrupunun keçmiş üzvü, repçi Elmir Məhərrəmov da Green Card qazanan tanınmış azərbaycanlılardandır. Onun adı 2017-ci ildə Azərbaycanın Green Card qalibləri arasında açıqlanıb. Həmin il ümumilikdə 224 Azərbaycan vətəndaşının lotereyada qalib gəldiyi bildirilmişdi.

Elmir Məhərrəmov daha sonra ABŞ-yə köçərək fəaliyyətini orada davam etdirib.

Natiq Şirinov

Azərbaycanın tanınmış nağara ifaçısı, Xalq artisti, “Natiq Ritm Qrupu”nun rəhbəri Natiq Şirinovun da Green Card lotereyasının qaliblərindən olduğu barədə məlumatlar yayılıb.

Sənətçinin adı ABŞ-yə köçmək imkanı qazanan azərbaycanlı tanınmış şəxslər sırasında qeyd olunur.

Şakir Əhmədzadə

“Mister Azərbaycan” titulunun sahibi Şakir Əhmədzadə də Green Card qazanan azərbaycanlı məşhurlar arasında göstərilir. Onun adı da bu lotereyanın qalibləri ilə bağlı yayılan siyahılarda yer alıb.

Elman Rəfiyev

Azərbaycanın Əməkdar artisti, aktyor və Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyev isə 2024-cü ildə Green Card qazandığını özü açıqlayıb.

Lakin aktyor ABŞ-yə köçmək niyyətində olmadığını bildirib. Onun sözlərinə görə, Amerikada qızı və nəvələri yaşayır və Green Card ona ABŞ-yə daha rahat gedib-gəlmək imkanı verə bilərdi. Buna baxmayaraq, ölkədən çıxışına qoyulan məhdudiyyət səbəbindən bu imkandan istifadə edə bilməyəcəyini deyib.

Minay Məsimova

Şair Baba Vəziroğlunun qızı, səyyah və diaspor fəalı Minay Məsimova da Green Card qazandığını açıqlayan azərbaycanlılar arasındadır. O, sonradan bu imkandan imtina etdiyini bildirib.

Üzeyir Muradov

Maraqlı nümunələrdən biri də Əməkdar artist Yadigar Muradovun oğlu Üzeyir Muradovdur. O, Green Card qazansa da, ABŞ-yə getmək əvəzinə Azərbaycanda qalaraq hərbi həkim kimi fəaliyyət göstərib və Vətən müharibəsində iştirak edib.

Qeyd edək ki, Green Card lotereyası qalibə ABŞ-də daimi yaşayış üçün müraciət etmək imkanı yaradır. Lakin lotereyada adın çıxması avtomatik olaraq ABŞ-də daimi yaşayış statusunun əldə edilməsi demək deyil; qalib bundan sonra müəyyən sənədləşmə və viza proseslərindən keçməlidir./Bakıvaxtı.az


MANŞET XƏBƏRLƏRİ