Cənubi Koreyadan Şimali Koreyaya çağırış: “Tənqidlərə son qoyun”


Cənubi Koreya Şimali Koreyanı “əsassız tənqidlərə və təhqiramiz ifadələrə” son qoymağa, Koreya yarımadasında sülh və sabitliyin təmin olunması istiqamətində addımlar atmağa çağırıb.

Turkustan.az xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, Cənubi Koreya Prezident Administrasiyası Şimali Koreya lideri Kim Çen Inın bacısı və Koreya Əmək Partiyasının Ümumi İşlər Departamentinin rəhbəri Kim Yo-jonqun son açıqlamalarına münasibət bildirib.

Bəyanatda qeyd olunub ki, Şimali Koreyanın Cənubi Koreya hökumətinə və prezidentinə qarşı təhqiramiz ifadələr işlətməsi qarşılıqlı etimadın formalaşmasına xidmət etmir. Seul Pxenyanı “əsassız tənqidlərə son qoymağa və Koreya yarımadasında sülhün bərqərar olması üçün çalışmağa” çağırıb.

Kim Yo-jong bundan əvvəl ABŞ Prezidenti Donald Trampın Cənubi Koreya ilə birgə hərbi təlimlərin azaldılması qərarından sonra Seulun “çətin vəziyyətdə” qaldığını bildirmişdi.

Tramp avqustun 16-da Cənubi Koreya ilə birgə hərbi təlimlərin “əhəmiyyətli dərəcədə” azaldılmasını əmr etdiyini açıqlayıb. O, qərarın yüksək xərclərlə yanaşı, Kim Çen Inla yaxşı münasibətləri qorumaq istəyi ilə də bağlı olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ