Mərakeş sərhədindən Şimali Afrikada yerləşən İspaniyanın muxtar şəhəri Seutaya qanunsuz miqrant axını davam edərkən, Madridin ən böyük narahatlıqlarından biri gerçəkləşib.
Turkustan.az xəbər verir ki, Şengen zonasında vizasız hərəkət hüququnun məhdudlaşdırılması təhlükəsi fonunda ilk addımı İtaliya atıb.
İtaliya hökuməti Şengen çərçivəsində İspaniya ilə sərbəst hərəkəti müvəqqəti dayandırdığını açıqlayıb.
Baş nazir Giorgia Meloni sosial media hesabında paylaşdığı açıqlamada Seutadakı görüntülərin "şokedici" olduğunu bildirib. Meloni aidiyyəti qurumlarla fövqəladə görüşlər keçirdiklərini vurğulayaraq, "İtaliya boş dayanmayacaq" ifadəsini işlədib.
Bu arada, İspaniyanın El Pais qəzetinin Daxili İşlər Nazirliyindəki mənbələrə istinadən yaydığı məlumata görə, Mərakeşdən İspaniyaya qanunsuz yolla keçməyə çalışan miqrantlar arasında ölənlərin sayı artmaqda davam edir. Seutaya üzərək çatmağa cəhd edən və həyatını itirən miqrantların sayının 57-yə yüksəldiyi bildirilir.
Aytən Yaşar/Turkustan.az