Tramp sərhəddəki nəhəng “divar”ın fotosunu paylaşdı - Nə baş verir?


ABŞ prezidenti Donald Tramp ABŞ və Kanada sərhədində ucaldılmış nəhəng maneənin fotosunu paylaşaraq Kanadadakı meşə yanğınlarından çıxan tüstüyə işarə edib.

Turkustan.az xəbər verir ki, Tramp görüntünü “Truth Social” sosial şəbəkəsində yayımlayıb.

Paylaşımda iki ölkə arasında çox hündür divar təsvir olunub və foto “Baryer hava filtri” qeydi ilə təqdim edilib.

Tramp paylaşımında bu görüntü ilə konkret olaraq nəyi nəzərdə tutduğunu açıqlamayıb.

Qeyd edək ki, iyulun 17-də Tramp Kanadada baş verən meşə yanğınlarının ABŞ-a vurduğu zərərin ölkəyə tətbiq edilən idxal rüsumlarına əlavə edilməsini tələb edib. O, meşə yanğınlarından yaranan zərərin Ottavanın səhlənkarlığının birbaşa nəticəsi olduğunu və bunun ABŞ-a hər il milyardlarla dollara başa gəldiyini bildirib./publika.az

Photo


MANŞET XƏBƏRLƏRİ