Simonyan təşviş içində: Biz onsuz da qorxuruq!


Rusiya çətin günlərlə üzləşir, amma ruslar cəsarətlərini toplamalı və düşmənə onları sındıra bilməyəcəklərini sübut etməlidirlər.

Turkustan.az xəbər verir ki, bunu RT və “Rusiya Seqodnya” media qrupunun baş redaktoru Marqarita Simonyan deyib.

Onun sözlərinə görə, hazırda neft emalı zavodlarını dron hücumlarından qorumaq çox çətindir:

“Düşmənin məqsədi turizm mövsümünü pozmaq və ölkə üzrə yanacaqdoldurma məntəqələrində növbə gözləyən insanları dəli etməkdir. Onlar nəyə ümid edirlər? Yoxsa elə hesab edirlər ki, 1917-ci ildə qazan-tava ilə küçələrə çıxan arvadlar kimi biz də meydana çıxacağıq? Məgər biz onların bizi bu qədər asanlıqla sındırmasına imkan verəcəyik?Atamın dediyi kimi: “Bizi qorxutmayın, biz artıq qorxunu görmüş adamlarıq”.

Qeyd edək ki, Ukrayna dronları bir neçə aydır ki, Rusiyanın neft emalı zavodlarını hədəf alır. Bunun nəticəsində Rusiyada ciddi benzin çatışmazlığı yaranıb.


MANŞET XƏBƏRLƏRİ