Paşinyanın göyərçin uğursuzluğu: Quşu uçura bilmədi - VİDEO


Ermənistanın baş naziri Nikol Paşinyan seçicilərlə görüşü zamanı sülh rəmzi hesab olunan ağ göyərçini səmaya buraxmağa çalışsa da, buna nail ola bilməyib.

Turkustan.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Bildirilib ki, Qeqarkunik vilayətində baş tutan tədbir zamanı baş nazir ona təqdim edilən göyərçini iki dəfə havaya atıb, lakin hər iki cəhd uğursuz olub. İlk cəhddə Paşinyan aşağı düşən quşu havada tutmağı bacarıb, ikinci dəfə isə göyərçin sərbəst şəkildə yerə enib. Bundan sonra quş öz sahibinə qaytarılıb.

/Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ