Rusiya-Ukrayna müharibəsi dördüncü ilinə yaxınlaşsa da, tərəflər arasında qarşılıqlı hücumlar davam edir. Bu dəfə hədəf sərnişin avtobusu olub.
Turkustan.az xəbər verir ki, səhər saatlarında Rusiyanın nəzarətində olan Donetsk bölgəsində sərnişin avtobusuna dron hücumu həyata keçirilib. Hadisə nəticəsində 7 nəfər həlak olub, 11 nəfər isə yaralanıb.
Rusiya rəsmiləri hücumda Ukraynanı ittiham ediblər. Rusiyanın təyin etdiyi Donetsk administrasiyasının rəhbəri Denis Puşilin bildirib ki, avtobus Krımla Simferopol arasında hərəkət edərkən hədəfə alınıb.
Puşilin hadisəni “misli görünməmiş və qeyri-insani hücum” adlandıraraq, hücuma görə Ukraynanı məsuliyyət daşımaqda günahlandırıb.
Rəsmi Kiyev isə hələlik hadisə ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi indiyədək minlərlə hərbçi və mülki şəxsin həyatına son qoyub, regionda təhlükəsizlik vəziyyəti isə gərgin olaraq qalır.
Aytən Yaşar/ Turkustan.az