Trampa qarşı sui-qəsd planı iddiaları: İran cavab verir


İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ dövlət katibi Marko Rubionun Konqresdə səsləndirdiyi açıqlamalara sərt reaksiya verib.

Turkustan.az xəbər verir ki, Bəqayi sosial media hesabında paylaşdığı mesajda Rubionun ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla bir sıra yüksək vəzifəli amerikalı siyasətçilərə qarşı sui-qəsd planı hazırlamaqda ittiham olunan İran agenti ilə bağlı fikirlərini tənqid edib.

İran rəsmisi ABŞ-ın İranla müharibə zamanı Minab və Lamerd şəhərlərində mülki əhaliyə qarşı həyata keçirdiyi hücumları xatırladaraq Vaşinqtonu ağır ittihamlarla hədəf alıb.

“Qurban rolunu oynamaq sizi İran xalqına qarşı törətdiyiniz dəhşətli müharibə cinayətlərindən və insanlığa qarşı cinayətlərdən azad etmir”, – deyə Bəqayi bildirib.

O, paylaşımında həmçinin “Hər bir ittiham bir etirafdır” ifadəsini işlədərək ABŞ administrasiyasının ittihamlarını rədd edib.

Bəqayinin açıqlaması Vaşinqton və Tehran arasında davam edən gərgin ritorikanın yeni nümunəsi kimi qiymətləndirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ