Türkiyənin Van vilayətində yaşayan Əhməd Cahangard Takalo adlı şəxs qeyri-adi hadisə ilə üzləşib.
Turkustan.az Türkiyə mediasına istinadən xəbər verir ki, 32 yaşlı həmin şəxs marketdə alış-veriş edərkən bank kartı ilə ödəniş edə bilmədikdə məsələ ilə bağlı banka müraciət edib.
Bu zaman onun bank kartında təqribən 21,8 milyard dollar vəsait olduğu məlum olub.
Takalo həmin vəsaitin onun hesabına necə köçürülməsi barədə heç bir məlumata sahib olmadığını bildirib. Bank məsələnin araşdırılması üçün həmin şəxsin kartnı blok edib.
“NTV” portalına danışan Takalo bankdan ətraflı məlumat tələb etdiyini, lakin araşdırma səbəbindən ona detallı məlumat verilmədiyini vurğulayıb.
Bununla yanaşı, qeyri-adi hadisə ilə üzləşən şəxsin Azərbaycanda doğulduğu və təqribən 10 ildir Türkiyədə yaşadığı bildirilib. /Qafqazinfo/