“Ay fərarilər, sizin burada nə işiniz var? Bunlar kimdir axı, gəlib mənə barmaq silkələyirlər? Qarabağın qondarma elitası, buradan rədd olun!”
Turkustan.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Loridə seçiciləri ilə görüşündə separatçıların onu təhdid etməsi haqda danışarkən deyib.
“Talançı heyvanlar! Siz Qarabağ ermənilərini də girov götürmüşdünüz. İndi gəlib Qarabağ məsələsini qaldırırsınız. Əgər belə Qarabağ istəyirdinizsə, gedib ölərdiniz də. Bax, sən niyə yaşayırsan? İndi də gəlib mənimlə beş min nəfər qurban barədə danışırsan, ay alçaq, niyə yaşayırsan? Bəs Şahramanyan niyə yaşayır? İndi sizin “parlament”də “deputat” hesab olanlar nə üçün yaşayırlar? Niyə ölməyiblər? İndi gəlib deyirlər ki, beş min qurban gedib. Bəs siz niyə ölmədiniz? Sizi kim qoruyub-saxlayır, ay şərəfsizlər?”, – Baş nazir qeyd edib.
Nikol Paşinyan separatçıların bir daha Qarabağ haqda danışmamlı olduqlarını bildirib:
“Qondarma Qarabağ elitasından heç kim Qarabağ məsələsindən danışmasın. İndi Ermənistanda Qarabağın “parlament və hökuməti” var. Hamısını qazıb kökündən atacağam. Mübarizəni vaxtında aparardınız, ay fərarilər, indi yox, artıq mübarizə vaxtı deyil. Bax, konkret bununkimilər (Artur Osipyanı deyir – red.), gəlib mənə barmaq silkələməyə cəsarət etməyin!
Robert Köçəryan, Serj Sərkisyan, Qaqik Sarukyan və Samvel Karapetyanın rəhbərlik etdiyi qondarma Qarabağ elitasına deyirəm: kökünüzü kəsəcəyəm! Alçaqlar, niyə yaşayırsınız? Niyə hələ də yaşadığınızı açıqlayın. Hələ üstümə gəlib beş min qurbandan danışırsınız. O beş min qurban niyə oldu? Siz niyə onların içində deyilsiniz, ay alçaqlar?”/Globalinfo.az