Rusiya prezidenti Vladimir Putinin Çinə səfəri ilə bağlı hazırlıqlar artıq yekunlaşıb.
Turkustan.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
Peskovun sözlərinə görə, səfərin bütün əsas parametrləri razılaşdırılıb və Kreml tezliklə konkret tarixləri elan edəcək.
Mətbuat katibi bildirib ki, səfərin gündəliyinə ikitərəfli münasibətlər, o cümlədən təhsil, yüksək texnologiyalar və humanitar mövzular daxildir. Bundan əlavə, tərəflər beynəlxalq hadisələri də müzakirə edəcəklər.
"İlk növbədə, bu, bizim ikitərəfli münasibətlərimizdir. Söhbət imtiyazlı strateji tərəfdaşlıq xarakterli xüsusi münasibətlərdən və artıq sabit şəkildə 200 milyard dolları ötən böyük həcmli ticarət-iqtisadi qarşılıqlı fəaliyyətdən gedir", - deyə Dmitri Peskov brifinq zamanı vurğulayıb.
"South China Morning Post" nəşrinin məlumatına görə, Vladimir Putinin Çinə səfəri mayın 20-nə planlaşdırılır. Qeyd edək ki, mayın 15-də ABŞ prezidenti Donald Trampın Çinə səfəri başa çatıb./Musavat.com