Volodindən Ermənistana xəbərdarlıq: “Ukraynada da hər şey belə başlamışdı”


Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ermənistanda baş verənləri Ukraynadakı Avromaydan hadisələri ilə müqayisə edib.

Turkustan.az xəbər verir ki, Volodin bu barədə sosial şəbəkə hesabında yazıb.

O, Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana dəvət edilməsini Rusiyaya, Rusiya vətəndaşlarına və erməni xalqına qarşı “dostyana addım” hesab etmədiyini bildirib.

Volodinin sözlərinə görə, burada söhbət hansısa dövlətin suverenliyinə müdaxilədən deyil, “mənəviyyat və dürüstlükdən” gedir.

Duma sədri qeyd edib ki, Rusiyanın erməni xalqı ilə “ən yaxın və yaxşı münasibəti” var.

O əlavə edib ki, Rusiyada yaşayan ermənilər digər millətlərin nümayəndələri ilə bərabər hüquqlara malikdir, müxtəlif vəzifələr tutur və deputat seçilirlər.

“İstər-istəməz paralel yaranır: Ukraynada da hər şey məhz belə başlamışdı. Bu, Ermənistanın adi vətəndaşlarına lazımdırmı?” - deyə Volodin bildirib./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ