İranla müharibədə Pakistandan gözlənilməz addım – Gizlicə edibmiş


“Pakistan gizli şəkildə İrana bir neçə hərbi təyyarəni öz aerodromlarında yerləşdirməyə icazə verib”.

Turkustan.az xəbər verir ki, bu barədə “CBS News” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilib ki, bu addım təyyarələri ABŞ-ın mümkün hücumlarından qorumaq məqsədi daşıyır.

Kanalın mənbələrinə görə, ABŞ Prezidenti Donald Trampın aprelin əvvəlində İranla atəşkəs elan etməsindən bir neçə gün sonra Tehran Pakistanın “Nur Xan” aviabazasına bir neçə təyyarə köçürüb.

Məlumata görə, yerləşdirilən avadanlıqlar arasında İranın “RC-130 BBG” kəşfiyyat təyyarəsi də olub.

Bundan əlavə, İran mülki aviasiyasının bir hissəsini müvəqqəti olaraq Kabilə yönləndirib.

Daha sonra İslamabadla “Taliban” hərəkatı arasında münasibətlərin pisləşməsi fonunda Pakistanın hava hücumları başlayanda təyyarələr İran sərhədinə yaxın Herat şəhərinin hava limanına köçürülüb./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ