Tailand ölkədəki yarasalarda yeni bir koronavirus (CoV) növünün aşkar edildiyini və indiyədək insanlara yoluxma ilə bağlı hər hansı hala rast gəlinmədiyini bəyan edib.
Turkustan.az-ın "The Nation" qəzetinə istinadən xəbərinə görə, Tailand Rəqəmsal İqtisadiyyat və Cəmiyyət Nazirliyi ölkədəki yarasalarda yeni koronavirus növünün tapıldığını təsdiqləyib.
Nazirlik rəsmiləri indiyədək insanlarda heç bir yoluxma halının qeydə alınmadığını və hazırkı vəziyyətdə epidemiya riskinin aşağı səviyyədə olduğunu açıqlayıblar.
İlkin tapıntılar yeni virusun COVID-19 ilə müqayisədə xəstəlik törətmə və yoluxma potensialının xeyli aşağı olduğuna işarə edir. /Cebheinfo.az/