"Hesab edirəm ki, biz artıq Fransanın zəif damarını tutmuşuq".
Turkustan.az xəbər verir ki, bu fikirləri “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada çıxış edən politoloq Rizvan Hüseynov səsləndirib.
Əlavə edib ki, Azərbaycan regionda yaranan yeni geosiyasi şərait fonunda balanslı və məqsədyönlü diplomatik siyasət həyata keçirir.
“Düşünürəm ki, Fransanın zəif damarını tutmuşuq. Emmanuel Makronun Ermənistandakı çıxışları zamanı Baş nazir Nikol Paşinyanın açıq və sərt mövqe nümayiş etdirməməsi müəyyən mesajlar verir. Fransa bundan sonra da müxtəlif istiqamətlər üzrə fəallığını davam etdirməyə çalışacaq. Bu istiqamətlərdən biri hərbi-texniki əməkdaşlıqdır və Ermənistana silah-sursatla yanaşı, texniki dəstəyin göstərilməsi prosesi davam edir. Digər tərəfdən isə Paris vasitəçilik missiyası adı altında regionda planlaşdırılan layihələrin həyata keçirilməsinə maneə yaratmağa cəhd edə bilər”.

Aytən Yaşar/ Turkustan.az