Ermənistanla sülh müqaviləsi bu il imzalanacaq? - Tofiq Zülfüqarov DANIŞDI


“Hadisələrə ardıcıllıqla baxsaq, Ermənistanda referendumun keçirilməsi üçün ən azı üç ay vaxt tələb olunur”.

Turkustan.az xəbər verir ki, bu fikirləri “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada çıxış edən politoloq Tofiq Zülfüqarov səsləndirib.

O bildirib ki, Ermənistan “ev tapşırığını” yerinə yetirməlidir. Politoloqun sözlərinə görə, əgər Paşinyanda siyasi iradə varsa, referendum keçirməyə gedəcək. Əks halda, sülh sazişinin imzalanması gözlənilmir. Bununla belə, Azərbaycan öz mövqeyindən geri çəkilən deyil.

Keçmiş xarici işlər naziri prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi fikirlərə də diqqət çəkib. O bildirib ki, dövlət başçısının açıqlamaları regionda yeni nəqliyyat-logistika imkanlarının formalaşdığını göstərir:

"Prezident bunun təkcə Şərq-Qərb dəhlizi deyil, eyni zamanda Şimal-Cənub dəhlizi olacağını vurğulayıb. Bu isə layihənin həm Rusiyanın, həm də İranın maraqlarına uyğun olduğunu göstərir".

Tofiq Zülfüqarov: "Müharibə artıq başlayıb" - Sual Vaxtı - BBC News  Azərbaycanca

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ