Yaxın Şərqdə hələlik nəticə verməyən sülh danışıqlarının qlobal müharibəyə çevrilmə riski günü-gündən daha da artır.
Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazır.
Qeyd olunub ki, belə bir vəziyyətdə ABŞ uzun illərdir anqarlarda saxladığı ağır bombardmançı təyyarəsini işə salıb. Bildirilib ki, bölgədə gərginliyin pik nöqtəyə çatdığı bir dövrdə Vaşinqtonun atdığı bu addım Birləşmiş Ştatların İrana qarşı çox geniş və dağıdıcı hava zərbələrinə hazırlaşdığı istiqamətində iddiaları gücləndirib:

“Hərbi terminlə desək, “qəbiristanlığa atılan metal qalığının” təkrar havaya qaldırılması qarşıda ciddi proseslərin olduğunu göstərir. İstismar müddəti bitmiş, nəhəng bombardmançı qırıcı Arizonadakı hərbi hava bazasının anqarından yavaş-yavaş çıxarılıb. Onun ön hissəsində “Apocalypse II” yazılıb. Yəni “Qiyamət-2”. “Apocalypse II” adının necə yarandığına bir qədər əvvəldən baxmaq lazımdır. Burada Marlon Brandonun əfsanəvi filmi yada düşür. Vyetnamlı müqavimət hərəkatı döyüşçülərinin üzərinə bomba yağdırılan o məşhur döyüş səhnəsini xatırlamaq lazımdır.
Yaxşı, hərbi terminlə desək, “qəbiristanlığa atılan metal qalığı” kateqoriyasından olan B-1 bombardmançı təyyarəsi niyə yenidən aktiv döyüş əməliyyatlarına daxil edilir? Cavabı sadədir. Burada günlərdir ABŞ ordusunun resurslarının tükənmək üzrə olduğuna dair iddiaları yada düşür”. /yenisabah.az/