Rusiya Prezidenti Vladimir Putinin qızı olduğu iddia edilən 22 yaşlı Luiza Rozova Parisdə ukraynalı jurnalistin ağır ittihamları ilə üzləşi
Turkustan.az AzPolitika-ya istinadən xəbər verir ki, Ukraynanın "TSN" telekanalının müxbiri Dmitro Svyatnenko Putinin "qızı"na “Üç həftə əvvəl atan qardaşımı öldürdü”, - deyib və onun atasının siyasətini dəstəkləyib-dəstəkləmədiyini soruşub.
Luiza əvvəl kameraya danışmaq istəmədiyini bildirib və “Bunun mənimlə nə əlaqəsi var?”, - deyə sualları cavabsız qoymağa çalışıb.
Jurnalist daha sonra ona "Atana zəng et, Kiyevin vurulmasını dayandır”, - şəklində xahiş ünvanlayıb.
Luiza bu təklifə “Əlbəttə”, - desə də, belə bir zəngin heç bir nəticə verməyəcəyinə işarə edib.
Jurnalist daha sonra onu Kiyevə və ya cəbhə xəttindəki Pokrovsk şəhərinə getməyə dəvət edib. Luiza isə cavabında “Oraya necə gedə bilərəm?”, - deyə bildirib. Ardınca da jurnalistə dönərək, “Sizə kömək edə bilmərəm. Üzr istəyirəm... Bu vəziyyətə görə həqiqətən pisəm, amma buna görə məsuliyyət daşımırəm”, - deyib.
Söhbət zamanı jurnalist ondan niyə Parisdə yaşadığını soruşub. Luiza isə tələbəlik dövründə Parisə köçdüyünü bildirib.
Qeyd edək ki, jurnalist Dmitro Svyatnenkonun qardaşı Volodımır noyabr ayında Rusiyanın raket hücumu zamanı həlak olmuşdu.