Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistan Konstitusiyasında təsbit olunan ərazi iddialarının çıxarılmasını birdəfəlik sülhün təmin olunmasına imkan yaradacağını bəyan edib.
Turkustan.az xəbər verir ki, nazir bunu ATƏT Nazirlər Şurasının 32-ci iclasında çıxışı zamanı deyib.
"Ermənistan Konstitusiyasında hələ də qalmaqda davam edən ərazi iddialarının çıxarılması, paraflanmış ikitərəfli sazişinin imzalanmasına və onun sonrakı ratifikasiyasına və birdəfəlik sülhün təmin olunmasına imkan yaradacaq", - C.Bayramov deyib. /bakivaxti.az/