Laçın və Kəlbəcərdəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO


Laçın və Kəlbəcər rayonlarında yanğın baş verən dağlıq ərazilərə helikopterlər cəlb olunub.

Turkustan.az xəbər verir ki, alov dağ massivindəki meşə hissəsində davam etdiyindən əraziyə FHN-in Aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb edilib.

Hazırda yanğınsöndürmə əməliyyatları havadan və qurudan davam etdirilir.


MANŞET XƏBƏRLƏRİ