Ter-Petrosyan Qarabağla bağlı Paşinyana hansı məsləhəti verib? - Detallar açılır


Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan 2018-ci ilin iyulunda baş nazir Nikol Paşinyanla görüşdə ona üç məsləhət verib.

Turkustan.az xəbər verir ki, bu iddia ilə Ter-Petrosyanın lideri olduğu Erməni Milli Konqresi partiyasının sədr müavini Levon Zurabyan çıxış edib.

Zurabyan bildirib ki, Ter-Petrosyanın Paşinyana verdiyi məsləhətlərdən biri Rusiya ilə münasibətlərin yaxşılaşdırılması olub.

“Birinci məsləhət Qarabağ danışıqları ilə bağlı idi. Ter-Petrosyan Paşinyana tövsiyə edib ki, Serj Sarkisyanın dövründə danışıqlarda müzakirə olunan sənədləri dərc etsin. Bu, danışıqlar prosesində İrəvanın mövqelərini gücləndirə bilərdi.
İkinci məsləhət Ermənistan-Rusiya münasibətləri ilə bağlı idi. Bu münasibətlərin yaxşılaşdırılması vacib idi.
Üçüncü məsləhət isə Ermənistanın müstəqilliyinin başlanğıcında əsas fiqurlardan biri olan daxili işlər naziri olmuş Vano Siradeqyanla bağlı idi”, - o iddia edib.

Zurabyan qeyd edib ki, Paşinyan bu məsləhətlərin heç birinə əməl etməyib./publika.az


MANŞET XƏBƏRLƏRİ