Naməlum dronlar Ukrayna Prezidenti Volodimir Zelenskinin İrlandiyaya rəsmi səfəri zamanı təhlükə yaradıb.
Turkustan.az xəbər verir ki, bu barədə İrlandiyanın “The Journal” nəşri yüksək səviyyəli yerli mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Prezidentin təyyarəsi ölkənin hava məkanına daxil olduqdan az sonra dronlar ona yaxın məsafədə qeydə alınıb.
Məlumata əsasən, İrlandiya Hərbi Hava Qüvvələri dərhal müdaxilə edərək dronların təyyarəyə yaxınlaşmasının qarşısını alıb. Hadisə zamanı Zelenskinin istifadə etdiyi xüsusi reysə heç bir zərər dəyməyib və səfər təhlükəsiz şəkildə davam etdirilib.
Hazırda təhlükəsizlik orqanları dronların haradan havaya qalxdığını, kimə məxsus olduğunu və məqsədinin nə ola biləcəyini araşdırır. /Globalinfo.az/