Almaniya dekabrın 3-də İsrail istehsalı olan Arrow 3 hava hücumundan müdafiə raket sistemi batareyasının ilkini uzun mənzilli ballistik raketlərin qarşısını almağa yönəldəcəyini açıqladı.
Turkustan.az xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius Alman Mətbuat Agentliyinə (DPA) bildirib ki, Arrow 3 hava hücumundan müdafiə sistemi onun ölkəsini və tərəfdaşlarını əhəmiyyətli dərəcədə gücləndirəcək.
"Bu, bizə ilk dəfə olaraq erkən xəbərdarlıq etmək, insanları və infrastrukturumuzu uzaqmənzilli ballistik raketlərdən qorumaq imkanı verir. Avropalı tərəfdaşlarımız arasında bənzəri olmayan bu strateji qabiliyyətlə biz Avropanın mərkəzində mərkəzi rolumuzu təmin edirik", - Pistorius bildirib.
Pistorius Arrow 3-ün təkcə Almaniyanı deyil, həm də tərəfdaşlarını qoruyacağını ifadə edərək, "Biz NATO-nun Avropa sütununu gücləndiririk və NATO-nun planlaşdırma məqsədini üzərinə götürürük" dedi.
Aytən Yaşar/ Turkustan.az