İraq Hizbullah və Husilərin aktivlərini dondurur


İraq Livan Hizbullahı və Yəmən Husilərinin “terror aktlarında iştirak etdikləri” əsas göstərilərək onların daşınar və daşınmaz aktivlərini dondurmaq barədə qərar qəbul edib.

Turkustan.az xəbər verir ki, qərar İraqın rəsmi nəşri olan “Vakayi İrakiyya” qəzetində dərc olunub.

Məlumata görə, **“Terrorçuların Aktivlərinin Dondurulması Komitəsi”**nin 17 noyabr 2025-ci il tarixli qərarı 2015-ci ildə qəbul edilmiş №39 saylı “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna və **“Terrorçuların Aktivlərinin Dondurulması Sistemi”**nin müvafiq maddələrinə əsaslanır.

Qərar həmçinin Komitənin 19 mart 2025-ci il tarixli “Terrorizmin maliyyələşdirilməsi” ilə bağlı çərçivə sənədlərinə uyğun şəkildə qəbul edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ