İspaniyada Sosialist İşçi Partiyası (PSOE) milyonlarla istifadəçinin mobil telefonları vasitəsilə casusluq etməkdə ittiham olunduğu üçün Meta texnologiya şirkətinin baş direktoru Mark Zukerberqi İspaniya parlamentində açıqlama vermək üçün çağırıb.
Turkustan.az xəbər verir ki, “Facebook”, “Instagram”, “WhatsApp”, “Messenger” və “Treads” kimi sosial media və ünsiyyət platformalarına sahib olan “Meta”nın istifadəçilərinin hesablarına casusluq etdiyi iddiaları ilə bağlı İspaniya parlamentində başladılan istintaq çərçivəsində yeni addım atılıb.
PSOE Parlamentin Rəyasət Heyətindən Meta-nın qurucusu və baş direktoru Mark Zukerberqi, Əməliyyatlar üzrə Meneceri Xavyer Olivanı və İspaniya və Portuqaliya üzrə İctimaiyyətlə Əlaqələr Meneceri Jose Luis Zimmermann-ı sözügedən istintaqla bağlı Parlamentdə açıqlama vermək üçün çağırmağı xahiş etdi.
Baş nazir və PSOE lideri Pedro Sançez noyabrın 19-da elan etdi ki, Metaya qarşı "kütləvi və sistematik" məxfilik pozuntuları iddiası ilə parlament araşdırması başlayıb.
"İspaniyada qanun istənilən alqoritmdən və ya böyük texnoloji platformadan üstündür. Hüquqlarımızı pozan hər kəs bunun əvəzini ödəyəcək" deyən Sançez, baş verənləri aydınlaşdırmaq və məsuliyyət daşıyanları müəyyən etmək üçün Meta rəsmilərini və ekspertlərini çağıracaqlarını əlavə edib.
Aytən Yaşar/ Turkustan.az