Narahat olmalısınız! Əliyev buranı da nəzarətə alır – Şevçenko


Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamaları Mərkəzi Asiya ölkələrinin artıq Moskvaya baxmadan öz strateji gündəmlərini formalaşdırdığını göstərir.

Turkustan.az xəbər verir ki, bunu rusiyalı politoloq Maksim Şevçenko deyib.

O bildirib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri vahid tarixi, mədəni və geosiyasi məkandır, Əliyevin sözləri və siyasi addımları isə Rusiya diplomtiyasının nəfəsini kəsə bilər:

“Son vaxtlar Cənubi Qafqazda baş verənlər Rusiya diplomatiyasında ciddi narahatlıq doğurmalıdır. Xəzər regionu artıq Moskvanın nəzarət zonası olmaqdan çıxaraq, regional inteqrasiya dəhlizinə çevrilir”.

Politoloq vurğulayıb ki, Orta Asiya və Bakı Rusiyaya heç bir təklif olmadan öz yollarını qurur və bu tendensiya Kremlin regional təsirinin zəifləməsinin bariz nümunəsidir. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ