Fransada yerləşən analitik mərkəzin keçirdiyi sorğu nəticəsində məlum olub ki, avropalıların demək olar ki, yarısı ABŞ prezidenti Donald Trampı “Avropanın düşməni” kimi görür.
Turkustan.az xəbər verir ki, Parisdə yerləşən Le Grand Continent analitik mərkəzinin və Cluster 17 araşdırma şirkətinin sifarişi ilə doqquz Avropa ölkəsini əhatə edən sorğuda iştirakçılar Rusiya ilə Avropa arasında müharibə riskinin yüksək olduğunu və ölkələrinin bu müharibədə müdafiə baxımından qeyri-adekvat olacağını qiymətləndiriblər.
Fransa, İtaliya, İspaniya, Almaniya, Polşa, Portuqaliya, Xorvatiya, Belçika və Hollandiyada keçirilən sorğuda iştirakçıların yüzdə 74-ü ölkələrinin Avropa Birliyində (AB) qalması lazım olduğunu bildirərkən, Böyük Britaniyanın İttifaqdan çıxmasının qitəyə zərər verəcəyi fikrini də paylaşıb.Anketə görə, 9 ölkədə avropalıların orta hesabla 48 faizi Trampı açıq düşmən kimi qələmə verərkən, bu nisbət Belçikada 62, Fransada 57, Xorvatiyada 37, Polşada isə 19 faiz təşkil edib.
Aytən Yaşar/ Turkustan.az