Azərbaycanda uşaq üçün hər ay pul verilir - BU HALDA


Azərbaycanda çoxuşaqlı ailələrə göstərilən sosial dəstəyin mühüm istiqamətlərindən biri də hər uşaq üçün aylıq 140 manatlıq ödənişin verilməsidir.

Lakin bu mexanizmin hansı qaydada tətbiq olunduğu, ödənişin neçə uşağı olan ailələrə şamil edildiyi, xüsusilə də beşinci uşağa aid olub-olmadığı cəmiyyətdə ən çox müzakirə edilən məsələlərdəndir.

Bəs bu məbləğ beşinci uşağa da aid edilirmi, yoxsa yalnız ailədə altıncı uşaq dünyaya gəldikdən sonra ödəniş hüququ yaranır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib ki, beşdən çox uşaq doğub tərbiyə edən qadınlara sözügedən müavinət verilir:

“Qanunvericiliyə görə beşdən çox uşağı olan qadınlara müavinət, beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərtiylə, bu hüququn yaranmasına səbəb olmuş uşağı (yəni 6-cı uşağı) bir yaşına çatdıqda təyin edilir və müavinət hər uşağa münasibətdə 18 yaşı tamam olan ayın sonunadək ödənilir”.


MANŞET XƏBƏRLƏRİ