Rusiya infrastruktura hücum etdi! Ukrayna qaranlığa qərq oldu


Rusiya Ukraynanın infrastrukturuna hücumlarını gücləndirir. Rusiya bir gecədə Ukraynanın Xerson şəhəri, həmçinin Odessa, Donetsk və Dnepr vilayətlərinə pilotsuz uçuş aparatları (PUA) zərbələri endirib.

Turkustan.az xəbər verir ki, Ukrayna mərkəzli enerji şirkəti DTEK verdiyi açıqlamada Odessada bir enerji obyektinin hücumlarda hədəf alındığını və infrastrukturun zədələnməsi nəticəsində 51 min 800 ev təsərrüfatının elektrik kəsilməsindən təsirləndiyini bildirib.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti (DSNS) Odessada hava hücumları nəticəsində 5 nəfərin yaralandığını, yaşayış binalarında sıxışan 2 nəfərin isə xilas edildiyini açıqlayıb. Həmçinin, yanğınların bir infrastruktur obyektində, çoxmərtəbəli yaşayış binalarında və bir binada baş verdiyi bildirilir. Bir neçə maşın yanıb, yanğınsöndürən maşınlara da ziyan dəyib.

Rusiya infrastruktura hücum etdi! Ukrayna qaranlığa qərq oldu - Şəkil: 1

Rusiya infrastruktura hücum etdi! Ukrayna qaranlığa qərq oldu - Şəkil: 2

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ