Avropa İttifaqının (AB) Ukraynadakı dondurulmuş Rusiya aktivlərindən istifadəsinə icazə verilməsi "müharibə aktı" hesab edilə bilər.
Turkustan.az Rusiya mediasına istinadən xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
O, telegram paylaşımında Aİ Komissiyasının Ukraynadakı Rusiya aktivlərinə icazə vermək planına münasibət bildirib.
Medvedev Aİ-nin "dəli olduğunu" şərh edərək əlavə edib: "Əgər AB Belçikada dondurulmuş Rusiya aktivlərini təzminat krediti adı altında oğurlamağa cəhd edərsə, Rusiya bu addımı Brüssel və AB üçün müharibə aktı kimi qiymətləndirə bilər".
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin başlanğıcından bəri Avropa İttifaqı ölkələri təxminən 200 milyard dollarlıq Rusiya aktivlərini dondurublar. /Musavat.com/