Britaniya və Norveç Şimali Atlantikada Rusiya təhlükəsinə qarşı patrul etmək üçün “birgə dəniz qüvvələri” yaratmaq qərarına gəliblər.
Turkustan.az xəbər verir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi Böyük Britaniya və Norveçin Rusiyanın Atlantik Okeanının şimalındakı fəaliyyətlərinə qarşı çıxmaq üçün birgə dəniz qüvvələri yaradacaqlarını açıqlayıb.
Bu yolla, Böyük Britaniya və müttəfiqləri üçün kritik sualtı fiber optik kabellər və infrastruktur qorunacaq, iki donanmanın ilk dəfə olaraq ortaq bir iş qrupu meydana gətirdiyi ifadə edildi.
Açıqlamada işçi qrupunu təşkil edəcək 13 gəminin İngiltərə istehsalı olan “Tip-26” freqatlarından ibarət olacağı və Norveçin də bu gəmiləri almaq üçün İngiltərə ilə 10 milyard funt sterlinqlik müqavilə imzaladığı qeyd edilib.
Aytən Yaşar/ Turkustan.az