İsrail xəritəsini paylaşıb "vuracağıq" dediyi ölkəyə hücum etdi


İsrail Ordusunun sözçüsü Aviçay Adraee, X hesabında yayımlanan xəritələrlə Livanın cənubundakı Tire və Nabatiye şəhərlərində iki binanın hədəf alınacağını açıqladı.

Turkustan.az xəbər verir ki, Adraee Jaba və Mahruna kəndlərində işarələnmiş binaların dərhal boşaldılmasını tələb edərək, mülki əhalinin ən azı 300 metr uzaqlaşmalı olduğunu bildirib. Sözçü Hizbullahın bölgədə yenidən aktivləşmə cəhdlərini əsas gətirərək hücumu elan edib.

Adrainin postundan təxminən 15 dəqiqə sonra İsrail ordusu atəşkəsə baxmayaraq, Livanın cənubuna hücuma keçib. Hədəf olunan ərazilərə endirilən hava zərbələri nəticəsində ölənlərlə bağlı hələlik rəsmi açıqlama verilməyib.

İsrail 2023-cü ilin oktyabrında Livana hücumlara başladı və 2024-cü ilin sentyabrında genişmiqyaslı müharibəyə çevrildi. Döyüşlərdə 4000-dən çox insan həlak oldu və 17.000 nəfər yaralandı. Livan və İsrail arasında 2024-cü il noyabrın 27-də atəşkəsin əldə olunmasına baxmayaraq, İsrail ordusunun bunu minlərlə dəfə pozduğu bildirilir. İsrail 8 oktyabr 2023-cü ildən bəri ələ keçirdiyi Livanda beş təpəni işğal etməkdə davam edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ