ABŞ prezidenti Donald Tramp ABŞ-da yaşayan somalili mühacirlərin Minnesota ştatını “dağıdıb məhv etdiyini” iddia edərək, Demokratik Nümayəndələr Palatasının Somali əsilli üzvü İlhan Ömərin “ölkədən qovulması” lazım olduğunu deyib.
Turkustan.az xəbər verir ki, Oval Ofisdə mətbuat mənsublarına açıqlama verən Tramp ABŞ-da yaşayan Somalili mühacirləri yenidən hədəfə alıb.
Tramp Minnesota haqqında “Hal-hazırda cəhənnəm dəliyidir” dedi. "Somalililər buradan getməlidirlər. Onlar ölkəmizi məhv ediblər və həmişə şikayətlənirlər."
Somali əsilli Demokratlar Palatasının üzvü Ömər haqqında danışan Tramp, "(Ömər) Konqres üzvü olmamalıdır. O, ölkəmizdən qovulmalıdır" deyib.
“Öz ölkənə qayıt” ifadələri ilə Öməri hədəfə alan Tramp əyalətin Somali icmasını dəstəkləyən Minneapolis bələdiyyə sədri Ceykob Freyi də “axmaq” adlandırıb.
Aytən Yaşar/ Turkustan.az