Venesuela prezidenti Nikolas Maduro təxminən 10 gün əvvəl ABŞ prezidenti Donald Trampla telefon danışığı apardığını təsdiqləyib.
Turkustan.az xəbər verir ki, dövlət televiziyası VTV-də yayımlanan tədbirdə çıxış edən Maduro Trampla telefon danışığının “səmimi” atmosferdə keçdiyini bildirib.
Venesuela prezidenti Maduro bu sözləri deyib:
Bəli, mənim cənab prezident Trampla telefon danışığım olub. Zəngin tonunun hörmətli, hətta səmimi olduğunu vurğulamaq istərdim. Əgər ABŞ prezidenti ilə Venesuela prezidenti arasında görüş hörmətli dialoqa doğru bir addımdırsa, mən dialoq və diplomatiyanı alqışlayıram. Çünki biz dialoq və sülh üçün imkanlar axtarmaqdan heç vaxt əl çəkməyəcəyik.
Maduro ingilis dilində "Dialoqa xoş gəlmisiniz, diplomatiyaya xoş gəlmisiniz. Sülhə bəli, müharibəyə yox" deyərək ABŞ-a müraciət edib.
Aytən Yaşar/ Turkustan.az