Bu NATO ölkələri Rusiyaya qarşı birləşir


Böyük Britaniya və Norveç Arktikada Rusiyaya qarşı mübarizə aparmaq və kritik sualtı infrastrukturu qorumaq üçün birgə donanma yaratmaq niyyətindədir.

Turkustan.az xəbər verir ki, bu barədə “The Independent” yazıb.

“Rusiya gəmilərinin Birləşmiş Krallıq yaxınlığında fəaliyyəti son illərdə 30% artıb. Yeni saziş infrastruktur üçün ciddi nəticələrə səbəb ola biləcək dənizaltı kabel və boru kəmərlərinin mühafizəsi üçün nəzərdə tutulub”, – deyə bildirilib.

Böyük Britaniyanın Baş naziri Kir Starmer qeyd edib ki, Norveçlə müdafiə paktı imzalanacaq:

“Bu tarixi razılaşma sərhədlərimizi və ölkələrimizin asılı olduğu kritik infrastrukturu qorumaq qabiliyyətimizi gücləndirir”.


MANŞET XƏBƏRLƏRİ