Putin Hindistana gedir - "beşqatlı qoruma" aktivləşdi


Rusiya Prezidenti Vladimir Putinin səfəri üçün Yeni Dehlidə beşmərhələli təhlükəsizlik sistemi yaradılıb.

Turkustan.az Publika.az-a istinadən xəbər verir ki, Yeni Dehlidə dronlar və rabitə maneələri də daxil olmaqla, çoxqatlı təhlükəsizlik sistemi qurulub.

Hindistanda Rusiya liderinin keçəcəyi bütün yollarda yoxlamalar aparılacaq. Xüsusi olaraq yaradılmış idarəetmə mərkəzi dronlardan istifadə edərək 24 saat müşahidə aparacaq. Snayperlər marşrutlar boyunca növbətçilik edəcəklər.

Putinin təyyarəsi Yeni Dehliyə enən kimi "beşqatlı təhlükəsizlik sistemi" aktivləşdiriləcək.

Rusiya Prezidenti həmçinin Hindistan Milli Qvardiyası və Yeni Dehli polisi tərəfindən qorunacaq.

Qeyd edək ki, Vladimir Putinin Hindistana rəsmi səfəri 4-5 dekabr tarixlərinə planlaşdırılıb.


MANŞET XƏBƏRLƏRİ