Putin son nöqtəni qoydu: Bu ərazilər Rusiyanın olacaq, nə yolla olursa-olsun


Rusiya Federasiyası istənilən halda Donbass və Luqansk üzərində nəzarəti bərqərar edəcək.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin “India Today” kanalına müsahibəsində bildirib.

“Bu ərazilər hərbi və ya digər vasitələrlə Rusiyanın tərkibinə daxil olacaq”, - Putin bildirib.

Rusiya lideri vurğulayıb ki, Rusiya Ukraynaya qoşunlarını Donbasdan çıxarmağı təklif edib, lakin Kiyev bundan imtina edib.

“Ya biz bu əraziləri silah gücünə azad edəcəyik, ya da Ukrayna qoşunları bu əraziləri tərk edib orada döyüşləri dayandıracaq”, - Putin bildirib.

Dekabrın 2-də Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Avropa Rusiya Federasiyası ilə müharibəyə başlasa, bu, çox tez bitəcək. Rusiya liderinin sözlərinə görə, Avropa ölkələri ilə hərbi münaqişə yaranarsa, Rusiya Ukraynadakından fərqli hərəkət edəcək./publika.az


MANŞET XƏBƏRLƏRİ