Finlandiya Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır deyil, lakin təhlükəsizlik tədbirlərinin təşkilində iştirak etməyə hazırlaşır.
Turkustan.az xəbər verir ki, bunu Finlandiya Baş naziri Petteri Orpo deyib.
Onun sözlərinə görə, praktikada real təhlükəsizlik zəmanətlərini böyük Avropa ölkələri və ABŞ verməlidir:
"Təhlükəsizlik zəmanətləri olduqca ciddi məsələdir. Biz təhlükəsizlik zəmanəti verməyə hazır deyilik, lakin təhlükəsizliyin təşkilində kömək edə bilərik".
“Finlandiya Ukraynaya öz əsgərlərini göndərə bilərmi” sualına cavabında o bildirib ki, Helsinki Rusiya ilə toqquşma riskinə getmək istəmir.
Qeyd edək ki, Finlandiya ABŞ-ın 28 bəndlik sülh planında təhlükəsizlik zəmanəti verən ölkələrdən biri kimi göstərilib. Orpo Finlandiyanın hansı səbəbdən sənədə daxil edildiyini bilmədiyini vurğulayıb. /axar.az/