Kanada Ukraynaya 150 milyon dollar hərbi yardım ayıracaq


Kanada Ukrayna üçün yarım milyard dollar dəyərində hərbi texnika alınmasına digər NATO tərəfdaşlarına maliyyə dəstəyi verəcək.

Turkustan.az xəbər verir ki, bu barədə Kanada Müdafiə Nazirliyi məlumat yayıb.

"Kanada, NATO-nun digər müttəfiqləri ilə əməkdaşlıq çərçivəsində NATO-nun Ukrayna üçün Amerika Silahlarının Təchizat Proqramı (PURL) vasitəsilə mühüm hərbi texnika alacaq. Kanadanın bu pakete töhfəsi 200 milyon Kanada dolları (təxminən 150 milyon ABŞ dolları) olacaq", – məlumatda bildirilir.

Qeyd olunur ki, Ukraynaya birgə hərbi yardım paketinin ümumi dəyəri 500 milyon ABŞ dollarıdır. Kanada Müdafiə Nazirliyi vurğulayıb ki, bu paketin tərkibinə “Ukraynanın Rusiyaya qarşı müharibədə öz müdafiəsini davam etdirməsi üçün kritik əhəmiyyət daşıyan aktivlər” daxil olacaq.

Əlavə edək ki, əvvəlki tranşlar da nəzərə alındıqda, Kanadanın PURL təşəbbüsünə ümumi töhfəsi artıq 660 milyon ABŞ dollarını ötüb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ