Ukrayna 2026-cı ildə milli müdafiəyə təxminən 66,3 milyard dollar ayıracaq


Ukraynanın baş naziri Yuliya Sviridenko bildirib ki, 2026-cı ildə ölkənin müdafiə xərcləri üçün büdcədən 2,8 trilyon Ukrayna qrivnası (təxminən 66,3 milyard dollar) ayrılacaq.

Turkustan.az xəbər verir ki, Sviridenko bunu Telegram hesabındakı paylaşımında açıqlayıb və Ukrayna parlamentinin 2026-cı il dövlət büdcəsini təsdiqlədiyini qeyd edib.
Büdcəyə verdiyi dəstəyə görə parlamentə təşəkkür edən baş nazir vurğulayıb: “Büdcənin əsas prioritetləri müdafiə, təhlükəsizlik və sosial davamlılıqdır. Bu, dövlət siyasətinin qurulduğu təməldir.”

Müdafiə məsələsinin son dərəcə vacib olduğunu qeyd edən Sviridenko əlavə edib:
“Dövlət gəlirlərinin 100 faizi müdafiə qüvvələrinə yönəldilir: orduya maliyyə dəstəyi və hərbçi ailələrinə yardım, hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, eləcə də Ukrayna silahlarının, o cümlədən pilotsuz uçuş aparatlarının inkişafı və istehsalı. Gələn il 2,8 trilyon qrivna (təxminən 63 milyard dollar) həcmində vəsait xərcləyəcəyik".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ