Azərbaycanda hərbi xidmətə gedən gənclərlə bağlı YENİLİK OLACAQ


Məlumdur ki, “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 aprel 2025-ci il tarixli 134 nömrəli Qərarına əsasən “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə MRT (Maqnit Rezonans Tomoqrafiya) və KT (Kompüter Tomoqrafiyası) müayinələri üçün ödəmə qaydası müəyyən edilib.

İcbari tibbi sığorta hesabına həyata keçirilən bu müayinələr zamanı vətəndaşlar ixtisaslı həkimin göndərişi əsasında ambulator şəraitdə göstərilən bu tibbi xidmətlər üzrə “Xidmətlər Zərfindəki” tarifin 20 faizi həcmində müştərək maliyyələşmə məbləği ödəyirlər.

Bu isə müəyyən kateqoriyalar üçün ciddi problem yaradır. Bu kateqoriyalardan biri də çağırış yaşlı gənclərdir. Xüsusilə bölgələrdən müayinə üçün Bakıya göndərilən gənclər yol xərci, eləcə də MRT və KT müayinələri üçün vəsait ödəməkdən şikayətlənirlər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hazırda həmin ödənişin ləğv edilməsi məsələsini qaldırıb. Vəsatətə aidiyyəti üzrə baxılır.

Bununla bağlı məsələ hansı mərhələdədir?

Məsələ ilə bağlı İcbari Tibbi Sığortadan “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, müştərək maliyyələşmə məbləğinin nəzərdə tutulan kateroqiya şəxslərə şamil edilməməsi istiqamətində aidiyyəti üzrə müzakirələr aparılır.


MANŞET XƏBƏRLƏRİ