ABŞ prezidenti Donald Tramp Qəzzada atəşkəs prosesinin davam etdiyini bildirib və "ikinci mərhələnin çox yaxında baş tutacağını" deyib.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransından sonra jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb.
Qəzzada ikinci mərhələnin nə vaxt başlayacağı ilə bağlı sualı cavablandıran Tramp prosesin irəlilədiyini vurğulayaraq, “İkinci mərhələ çox yaxında baş verəcək” deyib.
ABŞ prezidenti həmçinin Qəzzada və Yaxın Şərqdə sülh olduğunu və 59 ölkənin bu prosesi dəstəklədiyini bəyan edərək, bunun əhəmiyyətli beynəlxalq dəstək olduğunu qeyd edib.
Digər tərəfdən Tramp nə demək istədiyini açıq şəkildə izah etmədən bölgədə partlayan bombanın “yaralananlar və bəzi ölümlərə” səbəb olduğunu bildirsə də, təfərrüata varmayıb.
Aytən Yaşar/ Turkustan.az