Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff arasında Moskvada təxminən beş saat davam edən görüş keçirilib.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp görüşlə bağlı açıqlama verib.
Tramp, "Putin Jared Kushner və Steve Witkoff ilə çox yaxşı görüş keçirdi. Həmin görüşdən nə çıxacağını deyə bilmərəm" dedi.
ABŞ prezidenti həmçinin, "Putin müharibəni bitirmək istəyir. Görüşdən aldığımız təəssürat budur. O, müharibənin bitdiyini görmək istəyir. Məncə, o, daha normal həyata qayıtmaq istəyər. O, həftədə minlərlə əsgər itirməkdənsə, ABŞ-la ticarət etməyi üstün tutur. Təəssürat ondan ibarətdir ki, razılığa gəlmək istəyir".
Donald Tramp müharibənin heç vaxt başlamamalı olduğunu deyərək, “Mən prezident olsaydım, bu müharibə olmazdı” deyib.
Aytən Yaşar/ Turkustan.az