Sərhəddə insident: Rusiya qoşunları daha bir ölkəyə yeridilir?


Tacikistan Xarici İşlər Nazirliyinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etməsi haqda iddia əsassızdır.

Turkustan.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, ölkədə 5 Çin vətəndaşının ölümündən sonra Əfqanıstanla sərhədin birgə mühafizəsinə görə Rusiya hərbçiləri ilə danışıqlar aparılması haqda xəbərlər yalandır.

Tacikistan Xarici İşlər Nazirliyi bu cür məlumatların beynəlxalq auditoriyanı çaşdırdığını vurğulayıb.

Qeyd edək ki, “Reuters” “Tacikistan Təhlükəsizlik Şurasındakı mənbəyə” istinadən yazıb ki, Düşənbə Moskvadan sərhədə qoşun yeritməyi xahiş edib.

Agentlik danışıqlara səbəb kimi bir qədər əvvəl Tacikistan-Əfqanıstan sərhədində 5 Çin vətəndaşının həlak olmasını göstərib. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ